Bərdə bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin təşəbbüsü ilə şəhərin Koroğlu küçəsində yerləşən “Qəhrəmanlar parkı”nda, habelə parkın qarşısındakı səkilərin dağılmış hissələri (ağ layları) dəyişdirilərək yeniləri ilə əvəz edilib.
Bununla yanaşı bu gün axşamdan başlayaraq əsən güclü külək H.əliyev prospektində, S.Vurğun və Ü.Hacıbəyov küçələrində 4 dörd böyük ağacı aşırıb. Nəticədə avtomobillərin gediş-gəlişinə müəyyən manələr yaranıb.
Bələdiyyə sakinlərin vaxtında etdiyi müraciətlərə cavab olaraq gün ərzində maneçilik törədən ağaclar döğranaraq yoldan təmizlənib.
Eyni zamanda güclü külək nəticəsində şəhərin H.Aslanov və A. əhmədov küçələrində aşan iki ədəd elektrik dirəkləri təmir olunması üçün götürülüb. Elektrik dirəkləri təmir olunduqdan sonra isə yerinə quraşdırılacaq.
Belediyye.info